“Neftçi” ilə müqavilə bağlayan albaniyalı futbolçu hərbi salam verdi
15 oktyabr 2020 22:38 (UTC +04:00)

“Neftçi” ilə müqavilə bağlayan albaniyalı futbolçu hərbi salam verdi

 

"Neftçi” növbəti transferini rəsmiləşdirib.
 
Apasport.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Bildirilib ki, albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək. Teluşi müqavilə imzaladıqdan sonra əsgər salamı verməsi ilə diqqət çəkib.
 
Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

# 955
avatar

Oxşar yazılar