09:07
15 Oktyabr 2020

Tovuzda anbar yanıb

Tovuzun Aşağı Quşçu kəndində yanğın hadisəsi olub.

Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində ümumi sahəsi 1500 m² olan anbarın yanar konstruksiyaları 300 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dİgər xəbərlər