19:12
14 Oktyabr 2020

ABŞ Dövlət katibindən Qarabağ AÇIQLAMASI

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə sadiq qalır”.

APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo mətbuat brifinqində deyib.

“Biz tərəfləri atəşkəslə bağlı götürdüyü öhdəliklərə sadiq qalmağa və mülki əraziləri hədəf almamağa çağırırıq. Bu sabah mən Prezident Trampla bu vəziyyət barədə danışdım. Baş verənləri yaxından izləyirik. ABŞ digər ölkələr kimi tərəflər arasında atəşkəsin bərpası ilə bağlı çağırış edib. Biz mülki itkilərlə ağlı məlumatlar əldə etdik. Diplomatik imkanlardan istifadə edirik ki, atəşkəs əldə edilsin və münaqişə sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həll olunsun”, - deyə M. Pompeo vurğulayıb.

Dİgər xəbərlər