16:55
14 Oktyabr 2020

Rusiyada koronavirusa qarşı ikinci peyvənd qeydiyyatdan keçdı

Rusiyada koronavirus əleyhinə ikinci peyvənd qeydiyyatdan keçib.

APA-nın Moskva müxbirinin verdiyi məlumat görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinin iclasında bildirib.

O, Novosibirskdə yerləşən “Vektor” mərkəzinin COVID-19 əleyhinə ikinci peyvəndi qeydiyyatdan keçirdiyini qeyd edib.

Baş Nazirin müavini Tatyana Qolikova isə peyvənd preparatının təhlükəsiz olduğunu, artıq ilk 60 min dozanın ən yaxın vaxtda istehsal olunacağını vurğulayıb.

Qeyd edək ki, bu artıq Rusiyada COVID-19 əleyhinə qeydiyyatdan keçən ikinci peyvənddir. “Sputnik V” adlanan ilk peyvənd bu ilin avqustunda qeydiyyatdan keçib.

Dİgər xəbərlər