14:59
14 Oktyabr 2020

Gəncədə valideynlərini itirən bacı-qardaş himayəyə götürüldü

Gənclər və İdman nazirliyinin kollektivi oktyabrın 10-dan 11-nə keçən gecə Erməni terrorçularının Gəncəyə atdığı raket hücumu nəticəsində valideynlərini itirən uşaqları himayəyə götürüb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, nazirlik valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin yetkinlik yaşlarına (18 yaş) çatana qədər 500 manat (cəmi) aylıq təminat xərclərini öz üzərinə götürür.

Dİgər xəbərlər