Son statistika: 277 yoluxma, 64 sağalma, 3 ölüm
13 oktyabr 2020 15:33 (UTC +04:00)

Son statistika: 277 yoluxma, 64 sağalma, 3 ölüm

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 42 381 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib, aktiv xəstə sayı 2 301 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 865, ötən müddət ərzində isə ümumilikdə 1 187 136  test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008

Oxşar yazılar