19:13
12 Oktyabr 2020

Biz Sizinləyik, Qarabağ bizimdir! - Prezidentə yazırlar

Azərbaycan Prezidentinə məktublar gəlməkdə davam edir. Lent.az həmin məktublardan bir neçəsini təqdim edir.

Savluk Baycan, Anakaradan yazır:

- Hörmətli cənab Prezident.

Mən 1918-1920-ci illərdə ermənilərin törətdiyi qətliamlar səbəbindən Azərbaycan torpaqlarından Türkiyənin İğdır vilayətinə köçmək məcburiyyətində qalmış bir ailənin üzvüyəm. Ata-babalarım bizi daim Azərbaycan haqqında xatirələrlə böyütdülər. Bizdəki Vətən həsrəti o qədər dərin olmuşdur ki, mərhum atam qardaşımın adını Azər, mənim adımı isə Baycan qoymuşdur. Allah mənə bir müddət Bakıda işləməyi nəsib etdi və çox şükür ki, Vətənimi gördüm.

Böyüklərimiz həmişə “İnşallah, bir gün biz bütün torpaqlarımızı erməni qatillərindən geri alacağıq!” deyirdilər. Bu gün o gündür! Bu yolda üzərimə nə vəzifə düşərsə, onu can başla yerinə yetirməyə hazıram.

Hörmətli Prezidentim, Sizdən bircə xahişim var: lütfən, heç bir şərtlə geri addım atmayın! Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır!

Allah Sizə, Ordumuza və millətimizə yardım etsin!

Ayxan Rəhimli, Bakıdan:

- Hörmətli, sevimli və mehriban Prezidentimiz.

Mən bir şagird olaraq Sizinlə, Azərbaycan Respublikası və onun igid əsgərləri ilə fəxr edirəm. Azərbaycanlı olduğum və Azərbaycanda doğulduğum üçün Vətənimlə qürur duyuram. Yaşım çox az olsa da, mən də Vətənim üçün canımı fəda etməyə hər zaman hazıram. Ulu öndər Heydər Əliyev və Siz bizim dövlətimizi dirçəltmisiniz. Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Azərbaycan Respublikası Sizlərin sayəsində çiçəkləndi və daha da inkişaf etdi. Siz mənim gözümdə Azərbaycanın Milli

Qəhrəmanısınız. Sizə hər şey üçün minnətdarıq. Qarabağ bizimdir,

Qarabağ Azərbaycandır!

Nina Ujova Gəncədən yazır:

- Çox hörmətli Prezident, cənab Ali Baş Komandan.

Mən Gəncə şəhər sakiniyəm. Uzun illər Gəncə dəmiryolu stansiyasında müxtəlif vəzifələrdə çalışmışam. Hal-hazırda təqaüddəyəm. Azərbaycanda və eləcə də Gəncədə yaşayan milliyyətcə rus olan digər sakinlərimiz kimi həmişə vətəndaşı olduğumuz Azərbaycan dövləti və eləcə də xalqı tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq. Azərbaycan torpağı, onun hər qarışı bizim üçün əziz, doğma olub. O cümlədən Azərbaycanın qədim torpaqları olan Qarabağ torpağı da. Mənfur düşmən doğma Qarabağımızda, eləcə də imkanı düşdükcə, respublikamızın digər bölgələrində uzun illər boyu Azərbaycan xalqına qarşı vandalizm, terror və vəhşiliklər törətməkdən doymayaraq indi də Qarabağda döyüş zonalarında qazandığınız uğurlara dözə bilməyərək Azərbaycanın digər şəhər və rayonlarına qarşı insanlığa yaraşmayan hərəkətlər etməyə başlayıblar ki, bu da onların daxili xislətlərinin terrorla yoğrulduğunu bir daha sübut edən bir amildir. Belə ki, işğalçılar raketlərdən istifadə etməklə Azərbaycanın 2-ci böyük şəhəri olan, mənim də sakini olduğum Gəncə şəhərini vurmaları vandallığın, alçaqlığın, xəbisliyin, mədəniyyətsizliyin, şərəfsizliyin, qəddarlığın, bir sözlə barbarlığın, məkirli xislətin bariz nümunəsidir.

Cənab Ali Baş Komandan, biz Azərbaycanda yaşayan, Azərbaycanı özünə doğma el obası, əziz Vətəni bilən rus millətindən olan bütün sakinləri

Sizi çox sevirik! Biz əminik ki, doğma torpaqlarımız belə bir mənfur düşmənin tapdağından Sizin komandanlığınız altında igid zabit və əsgərlərimizin şücaəti nəticəsində azad olunacaq və biz Azərbaycanın xoşbəxt vətəndaşları olan digər etnik millətlərin nümayəndələri ilə birlikdə üçrəngli bayrağımızın Qarabağın işğal altında olan hər bir bölgəsində dalğalanmasının şahidi olacağıq.

Qoy Uca Tanrı "Qarabağ Azərbaycandır!" səsləndirdiyiniz bu tarixi haqq yolunda apardığınız şanlı mübarizədə Sizə yar olsun. Amin.

Sədrəddin Babayev, Lənkərandan:

- Hörmətli Ali Baş Komandan.

Sizə ailəmiz adından dərin təşəkkürümüzü bildiririk. Uzun illərdir işğal altında olmuş Cəbrayıl torpağının düşməndən azad olunduğu xəbərini Sizdən eşitmək bizi daha da sevindirdi və döyüşə ruhlandırdı. Hamıya yaxşı məlumdur ki, rəşadətli Azərbaycan Ordusunun Qələbəsi Sizin uzaqgörənliyinizin nəticəsidir. Həyatımızın ən böyük sevincini Siz bizə yaşatdınız. Xalqımız Sizinlə hər an fəxr edir. Həmişə var olun, Vətənin igid və cəsur oğlu.

Əziz Prezidentimiz, biz televiziyadan Sizin çıxışlarınızı izləyəndə Azərbaycana necə vurğun olduğunuzun bir daha şahidi oluruq. Siz Azərbaycanın əzmli, qətiyyətli siyasətçisi və dövlət başçısısınız.

Möhtərəm Ali Baş Komandan, səmimi qəlbdən Sizi alqışlayırıq, Sizə və ailənizə cansağlığı diləyirik.

Toğrul Bbayev, Bakıdan:

- Hörmətli və əziz Prezidentimiz.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı məni çox fərəhləndirdi. Çoxlu ərazilərimiz işğalçı erməni ordusundan azad edildi. Artıq qorxaq ermənilər qaçır. Acizliyindən şəhər və rayonlarımızı atəşə tutur. İnanıram ki, ən tez bir zamanda Qarabağımıza geri dönəcəyik.

Qarabağ Azərbaycandır!

Əhəd Cəbiyev, Ağdaşdan:

- Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Qəhramanlıq səlnaməsi yazan şanlı Azərbaycan Ordusunun zəfər xəbərlərini bizə çatdırdığınız üçün Sizə Ağdaş gənci olaraq sevincimi və minnətdarlığımı bildirirəm.

Arzum budur ki, işğal olunmuş hər bir qarış torpağımız tez bir zamanda düşmən tapdağından azad olunsun. İnanıram ki, bu günlər heç də uzaqda deyil.

Qarabağ Azərbaycandır! Allah Sizi və Azərbaycan xalqını qorusun.

Sahib Səfərov, Cəbrayıldan:

- Hörmətli cənab Ali Baş Komandan.

Müzəffər ordumuzun Sizin rəhbərliyinizlə qısa müddət ərzində 30 ilə yaxındır Ermənistan ordusu və havadarları tərəfindən işğal altında saxlanılan tarixi torpaqlarımızı azad etməsini bütün xalqımız kimi biz də böyük sevinc və qürur hissi ilə izləyirik. 2012-ci ildə oğlum Ramil Səfərovu Macarıstandan Azərbaycana gətirərək əfv edəndə, bəzi ölkələr və beynəlxalq təşkilatların qərəzli mövqe nümayiş etdirmələrinə baxmayaraq, Siz bütün dünyaya sübut etdiniz ki, dövlət öz zabitinə, öz vətəndaşına harada olmağından asılı olmayaraq sahib çıxır və qoruyur. Bu gün isə Siz bütün dünyaya sübut edirsiniz ki, Azərbaycan dövləti, xalqı və ordusu beynəlxalq səviyyədə tanınmış öz tarixi torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad etməyə qadirdir. 27 il sonra doğma Cəbrayılımızın erməni qəsbkarlarından xilas edilməsi münasibətilə Sizə, şanlı ordumuza, Səfərovlar ailəsi və xalqımızın adından dərin minnətdarlığımı bildirir, qəhrəman şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Biz Sizinləyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Dİgər xəbərlər