16:25
12 Oktyabr 2020

Futbolçulara ən çox pul xərcləyən klublar - SİYAHI

Hazırkı heyətlərinə ən çox pul xərcləyən “böyük beşlik” ölkələrindəki klubların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası sərəncamında olan oyunçulara görə ən çox xərcə düşən klublarla bağlı araşdırma aparıb.

Siyahıya İngiltərə təmsilçisi “Mançester Siti” başçılıq edir. “Şəhərlilər” ümumilikdə 1 milyard avrodan çox xərc çəkib. Fransa çempionu PSJ heyətdəki oyunçuları əldə etmək üçün 888 milyon avro ödəyib. İlk “üçlüy”ü 844 milyonla Mançester şəhərinin digər təmsilçisi “Mançester Yunayted” qapayıb.

Maraqlıdır ki, siyahıda yalnız bir Almaniya klubu var ki, o da Çempionlar Liqasının son qalibi “Bavariya”dır. Münhen təmsilçisi heyətinə xərclədiyi məbləğə görə 15-ci yerdə qərarlaşıb.

Ən çox xərc çəkən 15 klub:

1. “Mançester Siti” (İngiltərə) – 1 milyard 36 milyon avro

2. PSJ (Fransa) – 888 milyon

3. “Mançester Yunayted” (İngiltərə) – 844 milyon

4. “Barselona” (İspaniya) – 826 milyon

5. “Çelsi” (İngiltərə) – 763 milyon

6. “Real” (İspaniya) – 708 milyon

7. “Liverpul” (İngiltərə) – 666 milyon

8. “Yuventus” (İtaliya) – 594 milyon

9. “Arsenal” (İngiltərə) – 590 milyon

10. “Everton” (İngiltərə) – 504 milyon

11. “Atletiko” (İspaniya) – 483 milyon

12. “Tottenhem” (İngiltərə) – 479 milyon

13. “Napoli” (İtaliya) – 467 milyon

14. “İnter” (İtaliya) – 439 milyon

15. “Bavariya” (Almaniya) – 408 milyon

Dİgər xəbərlər