11:39
11 Oktyabr 2020

Sahibə Qafarovadan beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

Milli Məclisin sədri Sahibə Qafarov Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini atəşə tutmasına münasibət bildirib.

APA-nın məlumatına görə, parlamentin sədri paylaşımında qeyd edib ki, bu, Ermənistanın Azərbaycana qarşı növbəti terror və təcavüz siyasətinin fotoşəkilləridir.

Sədr bildirib ki, hazırda qüvvədə olan humanitar atəşkəs belə Ermənistanın mülki əhaliyə qarşı zorakılığını dayandıra bilmədi: "Biz BMT, ATƏT və digər bütün beynəlxalq təşkilatları erməni tərəfinin zorakılığı təcili şəkildə dayandırması üçün tədbirlər görməyə çağırırıq”.

Dİgər xəbərlər