19:02
10 Oktyabr 2020

İranda ötən gün 195 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 195 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda sözügedən virusdan ölənlərin sayı 28 293 nəfərə yüksəlib. Ötən 24 saat ərzində 3 875 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda COVID-19-a yoluxanların ümumi sayı 496 253 nəfərə yüksəlib.

S. Sadat əlavə edib ki, İranda indiyədək 403 950 nəfər koronavirusdan sağalıb.

Dİgər xəbərlər