18:04
10 Oktyabr 2020

Gürcüstanda son durum: daha 519 nəfər yoluxdu

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 519 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 11 271 nəfərə, ölənlərin sayı 78 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5971 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 6119 nəfərin sağaldığı bildirilir.

Dİgər xəbərlər