İrana düşən mərmilərlə bağlı YENİ AÇIQLAMA
09 oktyabr 2020 17:49 (UTC +04:00)

İrana düşən mərmilərlə bağlı YENİ AÇIQLAMA

Sentyabrın 27-dən başlayaraq Azərbaycan tərəfi işğalçı Ermənistanın davam edən dağıdıcı hərbi əməliyyatlarının qarşısını almaq, işğal olunmuş əraziləri azad etmək və öz vətəndaşlarının həyatını və təhlükəsizliyini qorumaq məqsədilə özünümüdafiə etmək hüququndan istifadə edərək əks-hücum əməliyyatları həyata keçirir.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın İrandakı səfirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, əks-hücum əməliyyatları həyata keçirməkdə Azərbaycan Silahlı Qüvvələrinin hədəfi üzbəüz və cəbhənin sağ istiqamətində yerləşən işğalçı Ermənistan qüvvələrinin atəş mövqeləridir: “Halbuki, İran İslam Respublikasının ərazisinə düşən mərmi və ya raket nöqtələri Azərbaycan hərbi birləşmələrinin arxasında və ya solunda qalır.

İranın ərazisinə düşən mərmi və ya raketlər erməni qüvvələri tərəfindən Azərbaycan və İran arasındakı dostluq və mehriban qonşuluq münasibətlərini hədəf alıb və bunu düşmənin xəbis niyyəti hesab edirik.

Azərbaycan Respublikası, İran İslam Respublikasının ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə olan diqqəti və hörmətinə qarşılıqlı olaraq İran İslam Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşır və İranın işğal olunmuş ərazilərimizin azad edilməsinin vacibliyinə dair açıq və birmənalı mövqeyini yüksək qiymətləndirir”.

# 424
avatar

Oxşar yazılar