Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 51-ə çatdırılacaq
09 oktyabr 2020 14:42 (UTC +04:00)

Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 51-ə çatdırılacaq

Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq.

Lent.az-ın məlumatına görə, bu, Bakı şəhərinin Baş Planı 2040-da qeyd edilib.

Layihəyə əsasən, 2040-cı ilədək “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur.

# 691
avatar

Oxşar yazılar