12:15
09 Oktyabr 2020

Paşinyan aqoniyada: Onun siyasətindən narazılıq kütləviləşir

Son vaxtlar işğalçı Ermənistanda baş verən hadisələr ölkə rəhbəri Nikol Paşinyanın dövləti idarə etmək qabiliyyətində olmadığından xəbər verir. Yerli kütləvi informasiya vasitələri, həmçinin tanınmış ictimai-siyasi xadimlər də etiraf edirlər ki, artıq baş nazir aqoniya vəziyyətindədir.

Bir yandan da Azərbaycan ordusu bütün istiqamətlərdə hücumu davam etdirir, onlarla kilometr irəliəyib, onlarla yaşayış məntəqəsi azad edilib, erməni hərbi birləşmələri çoxlu sayda hərbi texnika və canlı qüvvə itirir və geri çəkildiyini rəsmən etiraf edir. Ermənistan sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsində 5 minə yaxın erməni zabit və əsgərləri haqda məlumat yoxdur.

Ermənistanda demoqrafik böhran vaxt keçdikcə dərinləşir. Son 28 ildə ən azı 1,5 milyondan artıq vətəndaş xaricə köçüb. Ermənistan əhalisinin sayı 1991-ci ildə 3 505 258 nəfər idisə, 2019-cu ildə bu rəqəm 3 milyondan da aşağı düşüb.

Onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatı mühraribə üçün resurslar tapa bilmir, xarici ianələr buna kifayət etmir, nəinki əhalini, cəbhə xəttini belə təmin etmək mümkün olmur - ərzaq, dərman, silah, hətta hərbi paltar çatışmır

Cəbhədəki uğursuzluq sosial-iqtisadi böhrana, o da öz növbəsində siyasi böhrana gətirib çıxarıb. Artıq “Qarabağ klanı” aktivləşib, Koçaryan yenidən ortaya çıxır – Qarabağa “külli-miqdarda silah” gətirməsi haqda şayihələr yayır, özünü yenidən “Qarabağın xilaskarı” obrazında təqdim edir.

Baş verənlər Ermənistanda və hakimiyyət daxilində panika yaradıb – təhlükəsizlik strukturunun cəmi 4 ay əvvəl təyin olunmuş rəhbəri işdən çıxarılıb, Paşinyan “cəbhədə satqınlıq” haqda danışır, ölkədə xəyanətkarların “ovu” başlayır və bütün bunların fonunda hökumət rəsmən senzuraya keçir.

İndi Ermənistanda maksimalizm və radikallıq nəinki pik həddə çatıb, hətta aqressivlik çəmiyyətin içərisinə nüfuz etməyə başlayıb. Bu gün hakimiyyətini xilas etmək, kütləni öz maraqlarına istiqamətləndirmək üçün Paşinyanın yeganə çıxış yolu ənənəvi “xarici duşmən” obrazını yenidən və daha emosional çalarlarla zənginləşdirib ictimai-siyasi dövriyyəyə buraxmaqdır. Əvvələr, hətta sovetlər dönəmində "soyqırım", "qaniçən türklər," "düşmən xalqların əhatəsi" kimi stereotiplər erməni cəmiyyətinin səfərbər olunmasında mühüm pol oynayıb. Lakin hazırda gözlənilən effekti vermir. İrəvanın siyasətindən narazılıq getdikcə kütləviləşir. Hesabı bəlli olmayan əsgər ölümləri, Azərbaycan ordusunun öz ərazisini sürətlə təmizləməsi və s. yaxın vaxtlarda Ermənistanda hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarının başlayacağını proqnozlaşdırmağa əsas verir.

Dİgər xəbərlər