13:45
08 Oktyabr 2020

"Ermənistanın qarşısında səssiz qalanların davranışı tam bir ikiüzlülükdür" - Hulusi Akar

“Bir 30 il də gözləməyə səbrimiz yoxdur”.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Azərbaycan torpaqlarının işğalına səssiz qalanlar atəşkəs çağırışı ilə Ermənistanı Dağlıq Qarabağı tərk etməyə məcbur etməlidirlər.

“Qarabağı işğal edən və mülki əhaliyə qarşı qırğınlar törədən Ermənistanın qarşısında səssiz qalanların nümayiş etdirdikləri davranış tam bir ikiüzlülükdür”, - nazir vurğulayıb.

Dİgər xəbərlər