Pandemiya Rusiya milyarderlərinin sərvətini bu qədər artırıb
07 oktyabr 2020 13:17 (UTC +04:00)

Pandemiya Rusiya milyarderlərinin sərvətini bu qədər artırıb

Rusiya milyarderlərinin 2020-ci ildə sərvəti aprel ayından iyul ayınadək 20 faiz artaraq 467,6 milyard dollara çatıb.

"APA-Economics"in RİA "Novosti"yə istiadən verdiyi məlumata görə, bu barədə PwC və UBS şirkətlərin apardığı birgə araşdırmasında deyilir.

"2020-ci il aprelin 7-nə Rusiyanın ən zəngin adamlarının sərvəti 388,9 milyard dollara bərabər idi. Apreldən iyul ayınadək onların sərvəti 20 faiz artaraq 467,7 milyard dollara çatıb. Hazırda Rusiyada 102 milyarder var", - araşdırmada deyilir.

Araşdırmanın müəllifləri hesab edir ki, artımın əsas drayverləri maliyyə xidmətləri, sənaye, əyləncə və media sahələri olub. Onlar həmçinin qeyd edir ki, rusiyalı milyarderlərin hamısı sərvətini özü qazanıb, yəni varidat onlara miras qalmayıb.

# 784
avatar

Oxşar yazılar