13:10
07 Oktyabr 2020

“İskəndər”i, S-300-ün aqibəti gözləyə bilər” - Hərbi ekspert

“Ermənistan ordusunun silahlanmasında mövcud olan ən əhəmiyyətli silah sistemlərinə “İskəndər” OTRK, “Skad” OTRK və “Smerç” YARS-lardır. Düşmən artıq bu sistemlərdən ikisini - “Skad” və “Smerç” YARS-larını mülki əhalimizə qarşı istifadə edib. Onun nəticələrinin Ermənistanın məruz qaldığı itkiləri kompensasiya etməyəcəyi əvvəlcədən aydın idi”.

Lent.az -ın məlumatına görə, bu sözləri ordu.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Ekspertin fikrincə, ermənilər cəbhədəki uğursuzluqlarını ört-basdır etmək üçün indi də “İskəndər” kartından istifadə etməyə çalışırlar. Bu arada Azərbaycanın Müdafiə naziri Zakir Həsənov da düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbirlərin görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

Ekspertin fikrincə, ermənilərin əlində olan son əhəmiyyətli silahı Ermənistan ərazisindədir. Qarabağa hərəkət edən “İskəndər” OTRK-nı, S-300 kompleksinin aqibəti gözləyə bilər.

“İndiyə qədər “İskəndər” kompleksi 3 dəfə Gürcüstanda, 1 dəfə Türkmənistanda və bir neçə dəfə Suriyada tətbiq edilib. Lakin bunların hədəfi uğurlu məhv etməsinə rast gəlinmir. Yalnız Suriyada onsuz da dağılmış yaşayış məntəqəsində dağıntılara səbəb olub. Qazaxıstanda bu il atılan raketin də hədəfdən yayındığı məlumdur. Əgər Ermənistan tərəfi öz ərazisindən atəş açarsa, işğalçı ölkə ərazisindəki istənilən hərbi obyekt ordumuz üçün legitim hədəfə çevrilir. Ermənistanın da istədiyi budur. Əgər kompleksin Qarabağ ərazisinə gətirilməsinə cəhd edilərsə, bu yalnız 350 km-lik İrəvan-Gorus-Laçın yolu ilə bir zolağı yararlı olan körpüdən istifadə etməklə mümkün olacaq. O zaman bu körpünün digər zolağının istifadəyə yararlığının məqsəduyğunluğu təkrar nəzərdən keçirilə bilər”.

Dİgər xəbərlər