Mahir Emreli millinin düşərgəsini tərk etdi - SƏBƏB
07 oktyabr 2020 10:55 (UTC +04:00)

Mahir Emreli millinin düşərgəsini tərk etdi - SƏBƏB

0

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Mahir Emreli yığmanın düşərgəsini tərk edib.

Buna səbəb hücumçunun zədəli olmasıdır. O, Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Monteneqro, 13-də isə Kipr yığması ilə keçirəcəyi oyunlara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.

Qeyd edək ki, ilkin açıqlanan heyətdə bir neçə gün əvvəl də dəyişiklik baş verib və Mirbadulla Abbasov yığmaya qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 697

Oxşar yazılar