09:13
07 Oktyabr 2020

Erməni əsgərlər bir-birinə atəş açıb, ölən və yaralananlar var - MN

Düşmən bölmələrində döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur.

Müdafiə Nazirliyindən Lent.az -a verilnə xəbərə görə, əldə olunan məlumata əsasən düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralanalar var.

Dİgər xəbərlər