Rusiyada koronavirusdan ölənlərin sayı 188 nəfər artdı
06 oktyabr 2020 19:40 (UTC +04:00)

Rusiyada koronavirusdan ölənlərin sayı 188 nəfər artdı

Rusiyada son sutka ərzində daha 11 615 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 237 534 nəfərə çatıb.

Son sutka ərzində 188 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 21 663 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

# 406
avatar

Oxşar yazılar