23
18:25
05 Oktyabr 2020

Azərbaycanlı uşaqlardan ABŞ-da MARAQLI AKSİYA

Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində (Texas ştatı) yaşayan 2 azərbaycanlı ailənin uşaqları Qarabağda döyüşən hərbçi ailələrinə dəstək məqsədilə yardım aksiyası (fundraising) təşkil ediblər.

Bu maraqlı aksiya barədə Lent.az -a ABŞ-da yaşayan azərbaycanlı reper Orxan Zeynallı məlumat verib. O.Zeynallı deyib ki, balacalar bişirdikləri şirniyyatları, çay və limonadı sataraq, əsgər ailələri üçün vəsait toplayıblar.

“Qazandıqları vəsaitin məhz döyüşçü yolu gözləyən ailələr üçün xərclənəcəyini anladıqları üçün sonsuz xoşbəxt idilər. Bu balaca canlarda döyünən böyük ürəklərin olduğunu görmək insana qürur yaşadır. Bu cür valideyinlərin qarşısında baş əyirəm.
Həm övladlarına halal zəhmətin önəmini aşılamaq, həm də, minlərlə kilometr uzaqda olsalar da milli kimlik və vətən sevgisinin əhəmiyyətini izah etmək həqiqətən də fəxr ediləsi addımdır” – deyə, Orxan Zeynallı əlavə edib.

Dİgər xəbərlər