"Şuşada ayaqyalın konsert verəcəyəm" - Xalq artisti
05 oktyabr 2020 14:09 (UTC +04:00)

"Şuşada ayaqyalın konsert verəcəyəm" - Xalq artisti

Xalq artisti Faiq Ağayev əsgərlərə məktub göndərib.

Lent.az məlumat verir ki, F.Ağayev bu barədə sosial şəbəkə hesabında qeyd edib. 

Sözügedən məktubda yazılanları təqdim edirik:

"Əziz, sevimli, igid qardaşlarım!
Bu günlərdə dünyanın dörd bir yanında yaşayan bütün Azərbaycanlıların duaları sizinlədir!
Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam! 
Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur! Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın! Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun!
Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun!
İnşallah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!"
Sizin, Faiq Ağayev".

Qeyd edək ki, xalq artisti həmçinin orduya sovqat da göndərib.

# 1405
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar