Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşlarımızın SAYI
03 oktyabr 2020 15:24 (UTC +04:00)

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşlarımızın SAYI

“Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb”.

APA-nın məlumatına görə, bunu Erməni Silahlı Qüvvələrin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

 O bildirib ki, təxribatlar nəticəsində Goranboyda 5, Tərtərdə 8, Ağdamda 4, Füzulidə isə 2 mülki vətəndaş həlak olub.

Ölənlərdən 14 nəfəri kişi, 3-ü qadın və 2 azyaşlıdır.

Yaralıların isə 56-sı kişi, 6-sı qadın, 1-i azyaşlıdır.

Təxribatlar nəticəsində hazırkı vaxtadək 44 obyekt, 181 yaşayış evi yararsız hala düşüb.

K.Əliyev qeyd edib ki, bütün faktlarla bağlı prokurorluqda cinayət işi başlanıb.

# 667
avatar

Oxşar yazılar