17:46
02 Oktyabr 2020

Dünya mediası müharibə ilə bağlı "APA Group"a istinadən xəbərlər yayımlayır

Bu günlərdə “APA Group” Azərbaycanın apardığı Böyük Vətən Müharibəsi ilə bağlı dəqiq və obyektiv məlumatları bütün dünyaya çatdırır.

Əməliyyatlar başlayandan qrupun əməkdaşları qaynar nöqtələrdə çalışırlar. Şirkətin yerli büroları ilə yanaşı, cəbhə bölgəsinə ezam olunmuş müxbir, fotoqraf və video-operatorları cəbhə xəttindən, cəbhəyanı yaşayış məntəqələrindən məlumatlar və foto-video materiallar hazırlayırlar.

“APA Group”un məlumatları dünyanın müxtəlif nüfuzlu media quruluşları tərəfindən istinad edilməklə bütün dünyaya çatdırılır.

APA-nın məlumatları, foto və videoları CNN, BBC, Anadolu, Miliiyyet, RİA Novosti, RBK, Sputnik, RT, İRNA, iribnews.ir və dünyanın digər nüfuzlu media qurumları, habelə Ermənistan mətbuatında yayımlanıb. Şirkətə daxil olan APA TV-nin cəbhədən və cəbhəyanı yaşayış məntəqələrindən hazırladığı video-materiallar dünyanın müxtəlif ölkələrinin TV-ləri tərəfindən də yayımlanıb. Eyni zamanda MDB məkanında rusdilli vesti.az saytına çoxsaylı istinadlar edilib.

Bundan başqa, “APA Group” müraciət edən beynəlxalq təşkilatlara və televiziyalara da erməni silahlı birləşmələrinin atəşi nəticəsində yaşayış məntəqələrindəki dağıntıları əks etdirən foto və video-materiallar təqdim edib.

“APA Group"a daxil olan saytların sosial media hesabları, xüsusilə APA -nın Telegram kanalı sentyabrın 27-dən sonra abunəçi sayını iki dəfədən çox artırıb.

Dİgər xəbərlər