14:42
02 Oktyabr 2020

"Cəbrayıl-Fizuli istiqamətində düşmənin müqaviməti qırılıb" - Polkovnik-leytenant

“Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən könüllülər qorxaraq döyüşə girməkdən imtina edir: “Bunun əvəzində Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılır. Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Fizuli istiqamətində düşmənin müqaviməti qırılıb və geri çəkilməyə məcbur edilib. Murov istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”.

Dİgər xəbərlər