12:46
02 Oktyabr 2020

XİN: “Yerli və beynəlxalq jurnalistlər erməni silahlılarının hücumu altındadır”

Yerli və beynəlxalq jurnalistlər Ermənistan silahlı qüvvələrinin hücumu altındadır.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

O qeyd edib ki, Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndində olan yerli və beynəlxalq jurnalistlər Ermənistan silahlı qüvvələrinin hücumu altındadır.

Dİgər xəbərlər