Naməlum maşınla vurulan piyada öldü
02 oktyabr 2020 19:30 (UTC +04:00)

Naməlum maşınla vurulan piyada öldü

Oktyabrın 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Həcər Allahverdiyeva vurulub.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Hazırda Binəqədi rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar