Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri təcavüzkar Ermənistanın növbəti hərbi təxribatının qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi uğrunda zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Yaşından, statusundan, vəzifəsindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı yekdilliklə silahlı qüvvələrimizin haqq işinə öz dəstəyini nümayiş edirir.
FAB Boya və Kimya Sənayesi MMC də işğal altında olan tarixi torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlərdə ordumuza maddi və mənəvi dəstəyini əsirgəmir. Şirkət tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürülüb.
Eyni zamanda şirkətin 30-dan çox əməkdaşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə ordu sıralarına qatılıb. “Silahlı qüvvələrimizin əldə etdiyi uğurlar Qarabağın tezliklə azad olunacağı, ölkəmizdə sülhün, əmin-amanlığın bərqərar olacağının xəbərçisidir. İnanırıq ki, o yerlərə, tarixi yurd-yuvalarımıza qayıdacağımız gün çox yaxındır. Çünki Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Yaşasın qüdrətli, şanlı Azərbaycan əsgəri!” – deyə FAB Boya və Kimya Sənayesi MMC-dən bildirilib.

FAB Boya Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürdü
Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30