Dağıstanda həbsxanadan qaçan məhkumlar saxlanıldı
30 sentyabr 2020 19:56 (UTC +04:00)

Dağıstanda həbsxanadan qaçan məhkumlar saxlanıldı

Dağıstanda cəzaçəkmə müəssisəsindən qaçan 6 məhkum saxlanılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidməti məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 23-də məhkumlar Şamxal qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsindən tunel qazaraq gecə saatlarında qaçıblar. Məhkumlardan biri Tacikistan vətəndaşı, yerdə qalanlar Dağıstan sakinləri olub.

Dörd nəfər narkotik cinayətlərinə görə, 2 nəfər isə qətlə görə uzun müddətə azadlıqdan məhrum ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar