15:31
29 Sentyabr 2020

Ukraynadan Prezidentə müraciət: “Hər zaman hazırıq...”

Azərbaycanın müqəddəs Vətən müharibəsi apardığı bu günlərdə Azərbaycan Prezidentinin ünvanına təkcə ölkədən yox, qardaş Türkiyədən, Ukraynadan, Pakistandan dəstək məktubları, müraciətlər gəlməkdə davam edir.

Lent.az həmin məktublardan bəzilərini təqdim edirik.

Natalya Vasilyevna Qorovaya Ukraynanın Kropivnitsk şəhərindən yazır:

- Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir.

Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik.

Dİgər xəbərlər