14:25
29 Sentyabr 2020

Daha 10 şagird koronavirusa yoluxub

Azərbaycanın ümumtəhsil məktəblərində Covid-19-la bağlı məlumat açıqlanıb.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, hərarəti 37 dərəcədn yuxarı olan şagirdlərin sayı 15, işçi heyətinin sayı 1 olub.

Virusa yeni yoluxan şagirdlərin sayı 10 olub.

Virusa yeni yoluxan işçi heyətinin sayı isə 1 olub. Daha 7 sinif distant təhsilə keçirilib.

Qeyd edək ki, bu günə kimi ümumillikdə distant təhsilə keçirilən siniflərin sayı 19, məktəblərin sayı isə 1-dir.

Dİgər xəbərlər