08:20
29 Sentyabr 2020

Meksikada avtobus aşdı: çox sayda sərnişin ölüb

Meksikanın cənubunda yerləşən Çiapas əyalətinin La Kampana kəndi yaxınlığında sərnişin avtobusu aşıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Milenio” qəzeti məlumat dərc edib.

Hadisə zamanı azı 13 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Dİgər xəbərlər