“Düşmən Goranboyu atəşə tutub” - Vaqif Dərgahlı
28 sentyabr 2020 19:15 (UTC +04:00)

“Düşmən Goranboyu atəşə tutub” - Vaqif Dərgahlı

Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. 

Lent.az bildirir ki. bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

Onun bildirdiyinə görə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur.

Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

# 544
avatar

Oxşar yazılar