235
14:57
28 Sentyabr 2020

Komendant saatına görə metronun iş qrafiki necə olacaq? - RƏSMİ

Metropolitenin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən Lent.az -a verilən məlumatda sərnişinlərin diqqətinə çatdırır ki, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansısa dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 0:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib. Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

Dİgər xəbərlər