Bərdə rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir qadın sentyabrın 27-də saat 5 radələrində evinə girmiş bir nəfərin onu öldürəcəyi ilə hədələyib oradan 680 manat pul apardığını bildirib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Şahbazov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.