Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq"
28 sentyabr 2020 12:21 (UTC +04:00)

Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq"

Xalq artisti Aygün Bayramovanın qardaşı oğlu Sənan Bayramov Qarabağ uğrunda gedən döyüşlərdə yaralanıb.

Bu barədə Lent.az-a məlumatı xanəndənin özü verib:

 “Qardaşlarım da könüllü hərbi xidmətə gedib. Kiçik qardaşımın oğlu Goranboy ərazisində yaralanıb. Hazırda xəstəxanadadır. Vəziyyəti stabildir. Bütün yaralanan əsgərlərimizə Allahdan şəfa diləyirəm. Rəhmətə gedən əsgərlərimizin ruhu qarşısında baş əyirəm. Ölən, yaralanan da olacaq. Torpağımızı geri almalıyıq. Torpağımıza sahib çıxmalıyıq”.

# 1507
avatar

Yalçın UĞUR

Oxşar yazılar