Ən məhsuldar futbolçular:  dünyada və Azərbaycanda
28 sentyabr 2020 19:29 (UTC +04:00)

Ən məhsuldar futbolçular: dünyada və Azərbaycanda

2020-ci ildə milli çempionatların yüksək liqalarında 10 və daha çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyasının 94 ölkə üzrə araşdırmalarına əsasən 127 oyunçu buna nail olub.
 
Azərbaycan Premyer Liqasının heç bir futbolçusu cədvələ düşə bilməyib. Buna səbəb çempionatımızda çıxış edənlərin məhsuldarlığının aşağı olmasıdır. 2020-ci ildə Premyer Liqada ən çox qol vuranlar Mahir Emreli (“Qarabağ”) və Rauf Əliyev (“Səbail”) hərəyə 5 dəfə fərqlənib.
 
Dünyanın ən məhsuldar futbolçusu isə braziliyalı Junior Neqaodur. Cənubi Koreyanın “Ulsan Hyundai”nin forvardı 24 qola sevinib. Avropada 1-ci olan Kriştiano Ronaldo “Yuventus”la İtaliya çempionatında 22 qol vurub. Hərəyə 21 dəfə fərqlənən Rauno Seppinen (“Flora”, Estoniya) və Marsel Ernandes (“Kartagines”, Kosta-Rika) 20 qol səddini adlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797

Oxşar yazılar