Ermənilər türkiyəli jurnalistlərin olduğu ərazini atəşə tutdu - SON ANDA QURTULDULAR
27 sentyabr 2020 12:55 (UTC +04:00)

Ermənilər türkiyəli jurnalistlərin olduğu ərazini atəşə tutdu - SON ANDA QURTULDULAR

Türkiyənin Anadolu Agentliyinin təmsilçiləri bu gün səhər saatlarında Ermənistan ordusunun Azərbaycanın mülki yaşayış obyektlərinə etdiyi hücumu lentə almaq üçün atəş xəttinə gedib.

Lent.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Tərtərin Qapanlı kəndi yaxınlığında peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin olduğu ərazidə üvvülcə iki pilotsuz uçuş aparatı görünüb. Eyni anda ərazidə TRT heyəti ilə birgə çəkiliş aparan AA əməkdaşlarının olduğu nöqtə Ermənistan hərbi qüvvələri tərəfindən top atəşinə tutulub. Jurnalistlərin olduğu ərazinin 100 metr yaxınlığına bir neçə mərmi düşüb.

Media təmsilçiləri ərazidən maşınla uzaqlaşaraq, ölümdən xilas ola biliblər.

# 4186
avatar

Oxşar yazılar