İki agentliyin səlahiyyətləri artırıldı: karantin rejiminə nəzarət...
26 sentyabr 2020 18:03 (UTC +04:00)

İki agentliyin səlahiyyətləri artırıldı: karantin rejiminə nəzarət...

Sentyabrın 24-də Prezidentin fərmanları ilə Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyinin əsasnamələrində düzəlişlər edilib.

Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyindən Lent.az-a verilən məlumata görə, düzəlişlərə əsasən QTA-ya "ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək", DTA-ya isə "turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək" vəzifələri verilib.

# 3523
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar