Evə basqın edən maskalı şəxslər tutuldu
26 sentyabr 2020 17:00 (UTC +04:00)

Evə basqın edən maskalı şəxslər tutuldu

Astara Rayon Polis Şöbəsinə sentyabrın 17-də saat 3 radələrində Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə girmiş  3 maskalı şəxsin onun atası, oğlu və həyat yoldaşına bıçaqla xəsarətlər yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzizov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı E.Əzizovdan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 1660
avatar

Oxşar yazılar