Koronavirusdan Rusiyada ölənlərin sayı 20 mini keçdi
25 sentyabr 2020 17:14 (UTC +04:00)

Koronavirusdan Rusiyada ölənlərin sayı 20 mini keçdi

Rusiyada son sutka ərzində daha 7 212 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 136 048 nəfərə çatıb.

Son sutka ərzində 108 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 20 056 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

# 1183
avatar

Oxşar yazılar