16 yaşlı gənc itkin düşdü
24 sentyabr 2020 20:13 (UTC +04:00)

16 yaşlı gənc itkin düşdü

Sumqayıtda 16.10.2004-cü il tarixdə doğulmuş Kərimov Əli Fariz oğlu sentyabrın 19-da səhər saatlarında 76-cı məhəllədə yaşadığı evdən naməlum istiqamətə çıxaraq bir daha geri qayıtmayıb.

APA-nın yerli bürosunun məlumatına görə, Ə.Kərimov 168 sm boyunda, arıq bədən quruluşlu, qarabəniz, sifəti uzunsov, saçları qısa və şabalıdı rəngdə, gözlərinin rəngi isə yaşıldır.

O, evdən çıxarkən əynində tünd göy rəngli cins şalvar, tünd yaşıl rəngli qısaqol köynək, ayağında isə  göy rəngli “makasin” ayaqqabı olub.

Bu gənci görən şəxslərdən Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə və ya (018) 65 4-02-02, (018)  65 5 -76 -65,  050 384 -84-99  telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.

 

# 2326
avatar

Oxşar yazılar