200-dən çox ailə güzəştli mənzil aldı
24 sentyabr 2020 11:52 (UTC +04:00)

200-dən çox ailə güzəştli mənzil aldı

Hövsan Yaşayış Kompleksindəki 224 ev sahiblərinə təqdim olunub.

Mənzil İnşaatı Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, Hövsan Yaşayış Kompleksində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb. Həmin mənzillər üçün elektron sistem vasitəsilə aparılan seçim bu il iyunun30-dan iyulun3-dək davam edib.

Mənzilə sahib olan vətəndaşlardan 22-si mənzili öz vəsaiti, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib. Güzəştli mənzilə sahib olanların 4-cü şəhid ailəsinni üzvü, 15-i məcburi köçkün, 12-i ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərdir.

Satışın nəticələri barədə ətraflı statistik məlumatlarla buradan tanış ola bilərsiniz. 

# 2521
avatar

Mehman Nəbiyev

Oxşar yazılar