“Real” ona 100 milyon avro təklif edəcək
24 sentyabr 2020 09:55 (UTC +04:00)

“Real” ona 100 milyon avro təklif edəcək

İspaniya klubu “Real” Fransa PSJ-sinin hücumçusu Kilian Mbappenin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, “kral klubu” 21 yaşlı forvardı 2021-ci ilin yayında heyətinə qatmaq niyyətindədir.

Fransa millisinin üzvü klubu ilə 2022-ci ilin yayına qədər olan müqavilə müddətini yeniləməsə, ispanlar gələn yay transfer müqabilində qarşı tərəfə 100 milyon avro təklif edəcək. Futbolçu özü yeni anlaşmadan dəfələrlə imtina edib və karyerasını “Real”da davam etdirmək arzusundadır.

Qeyd edək ki, Kilian Mbappe PSJ-yə 2018-ci ilin yayında 180 milyon avro qarşılığında “Monako”dan keçib.

# 2071
avatar

Oxşar yazılar