Keçmiş yol polisi özünü peyğəmbər elan etdi...
23 sentyabr 2020 19:38 (UTC +04:00)

Keçmiş yol polisi özünü peyğəmbər elan etdi...

Sibirdə minlərlə müridi olan və özünü İsa peyğəmbər adlandıran şəxs saxlanılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, özünü İsa peyğəmbər hesab edən keçmiş yol polisi Sergey Torop əməliyyat zamanı ələ keçib. Bundan əlavə, onun 30 ildir təriqət lideri olduğu da bildirilir.

Məlumata görə, Krasnoyarsk vilayətində ucqar kəndlərdə, həmçinin xaricdə də minlərlə müridi var. Vissarion ləqəbi ilə tanınan S.Toropun ətrafındakı adamlardan zorla pul aldığı da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4615

Oxşar yazılar