18:55
23 Sentyabr 2020

İranda koronavirusdan bir sutkada 184 nəfər ölüb

İranda son sutka ərzində koronavirusdan (COVID-19) 184 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 24 840 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 948 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 432 798 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 365 846 nəfər koronavirusdan sağalıb.

Dİgər xəbərlər