Bakıda fəhlə hündürlükdən yıxılıb öldü
23 sentyabr 2020 10:01 (UTC +04:00)

Bakıda fəhlə hündürlükdən yıxılıb öldü

Sentyabrın 22-də səhər saat 8 radələrində Xətai rayonu, X.Rüstəmov küçəsində 1970-ci il təvəllüdlü Habil Mahmudovun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna  məlumat daxil olub.

Xətai rayon Prokurorluğundan Lent.az-a daxil olan xəbərə görə, ilkin araşdırmalarla qeyd edilən ünvanda inşa edilməkdə olan birmərtəbəli fərdi yaşayış evinin damında təmir işləri aparılarkən orada fəhlə işləyən Habil Mahmudovun təhlükəsizlik qaydalarının pozulması nəticəsində damdan yıxılması və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 2056
avatar

Mehman Nəbiyev

Oxşar yazılar