Sən demə, işlətdiyimiz manat tərcümədə... - Valyuta adlarının mənaları
22 sentyabr 2020 16:00 (UTC +04:00)

Sən demə, işlətdiyimiz manat tərcümədə... - Valyuta adlarının mənaları

“OxfordWords” lüğətində dünya valyutalarının adlarının etimologiyası açıqlanıb.

Lent.az onların bir neçəsinin mənasını təqdim edir:

1. Dollar – Dünyada ən çox yayılan valyutadır. Bundan başqa, eyniadlı pul vahidindən ABŞ, Avstraliya, Kanada, Fici, Yeni Zelandiya, Sinqapur və digər ölkələrdə istifadə olunur. Flaman və almancadan tərcümədə Joachimsthal – “İohamin vadisi” mənasını verən şəhər adıdır. Burada bir vaxtlar gümüş istehsal olunub. Bu gümüşdən kəsilən qəpiklər “Joachimsthaler” adlandırılmağa başlayıb, bu ad sonradan qısaca olaraq, “taler” kimi işlənməyə başlayıb və nəticədə “dollar” sözü əmələ gəlib.

2. Funt – Britaniya funtu (pound) sözünün mənası latın sözü olan “poundus” sözündən əmələ gəlib və mənası “çəki” deməkdir. Valyutadan Misir, Livan, Cənubi Sudan, Sudan və Suriyada istifadə olunur.

3. Çin yuanı, yapon yeni, koreya vonu – Çinin “圓” heroqlifi “dairəvi” və ya “dairəvi qəpik” mənasını verir. Bu üç valyutanın adlarının mənası da məhz bu heroqlifdən gəlir.

4. Lira – İtaliya və türk lirəsi latın sözü olan “libra” sözündən götürülüb, mənası “funt” deməkdir.

5. Marka – Almaniyaya və Finlandiyaya avronun gəlişindən əvvəl pul vahidi olaraq “marka” istifadə olunurdu, bu söz də tərcümədə “çəki” deməkdir.

6. Rial – Latın söz olan “regalis” tərcümədə “krala məxsus” mənasını verir. Oman və İran rialı məhz bu sözdən əmələ gəlib. Onlardan başqa, bu valyutadan Qətər, Səudiyyə Ərəbistanı və Yəmən istifadə edir, avroya keçənə qədər isə həm də İspaniya istifadə edirdi.

7. Kron – Skandinaviya ölkələrinin çoxunun istifadə etdiyi bu valyuta adını latın dilindəki “corona”, yəni tac sözündən götürüb. İsveç, norveç, danimarka, islandiya, çexiya və estoniya valyutalarının adı məhz bu latın sözündən götürülüb (sonuncu ölkədə bu valyutanı avro əvəzləyib).

8. Dinar – İordaniya, Əlcəzair, Serbiya və Küveytin pul vahidi belə adlanır. Bu, latın sözü olan “dinariy”in qısaldılmış formasıdır. Qədim Romada belə gümüş qəpiklər istifadə olunurdu.

9. Rupi – Bu sanskrit sözünün mənası “döyülmüş gümüş” deməkdir və Hindistan, Pakistan və İndoneziyada istifadə olunur.

10. Rubl – Rusiya və belarus rublu adını gümüşün ölçü vahidindən götürür.

11. Rinqqit – Qəpiklər qiymətli metallardan hazırlandığı vaxt saxtakarlar bu qəpiklərin kənarlarından kəsərək yeni qəpiklər hazırlayırdılar. Bunun qarşısını almaq üçün qəpiklərin kənarını nahamar etməyə başladılar və malaycadan “diş-diş” kimi tərcümə olunan “rinqqit” valyutası yarandı.

12. Rend – Cənubi Afrika rendinin adının mənşəyi dolların tarixinə bənzəyir – “Vitvatersrand” dağlıq massivi qızılla çox zəngin bölgə kimi tanınıb.

13. Manat – sözünün mənası rus “монета” sözündən yaranıb. Bu “монета” sözü isə özlüyündə latın “moneta” sözündən yaranıb. Latın dilindən tərcümədə isə bu “məsləhətçi” deməkdir./banker.az

# 6079
avatar

Oxşar yazılar