Sentyabrın 19-da və 20-də Quba rayonu, Dəlləkli kəndi ərazisində kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın hadisələri baş verib, yanğınsöndürmə briqadaları və polis əməkdaşları yanğınların qarşısı alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılıb.
Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan 3 yeniyetmənin törətdiyi müəyyən edilib.
Polis əməkdaşlarının apardığı söhbət zamanı onlar törətdikləri əməlləri səmimi etiraf edib, peşman olduqlarını bildirilər.
Qeyd edək ki, yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər.