Qanunsuz balıq ovlayan cəzalandırıldı
22 sentyabr 2020 10:33 (UTC +04:00)

Qanunsuz balıq ovlayan cəzalandırıldı

Ağgöl Milli Parkının və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Lent.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Məlumata görə, araşdırma zamanı brakonyerin Beyləqan rayonu Eyvazalılar kənd sakini Afət Sarıyev olduğu və təbiətə 2376 manat məbləğində ziyan vurduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.

Qeyd olunub ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.

 

# 1153
avatar

Aygün İbrahimli

Oxşar yazılar